Vaksinasiya edilənlərin sayının artması koronavirus infeksiyasının yayılmasının qarşısını alacaq
Pakistanın Sərhəd İşləri Təşkilatı Azərbaycanın infrastruktur layihələrinin icrasında maraqlıdır
Azərbaycan Sahibkarlar Konfederasiyası Niderland Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
“Azərişıq” ASC Müxtəlif dekorativ bitki və həmişəyaşıl qrupuna aid olan ağacların satın alınması məqsədilə açıq tender elan edir
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Amsterdam hava limanında dünyada ən çox axtarılan narkobaronlardan biri saxlanılıb.Onun tutulmasında Avstraliya federal polisi əməkdaşlarının köməyi olub. Bu barədə "Sky News" telekanalı xəbər verir.
Bildirilir ki, cinayətkar 10 il izlənilib. Onun əsl adı Tsze Çi Lopadır. Çində anadan olub, hazırda Kanada vətəndaşıdır.
İstintaqın məlumatına görə, 57 yaşlı Çi Lopa Sem Qor adlı beynəlxalq cinayət sindikatına başçılıq edir. Onu vasitəsilə Avstraliyaya böyük miqdarda narkotik maddələr daxil olur. Sindikatın 2018-ci ildə narkotik maddələrin satışından əldə etdiyi gəlir 17 milyard dollar təşkil edib.
Avstraliya Çi Lopanın ekstradisiyası üçün Niderland hökumətinə müraciət edəcək.