07 Yanvar 2021 11:27
855
Təhsil
A- A+

DİM: Şagird və abituriyentlər otk.az portalı vasitəsilə biliklərini yoxlaya bilərlər

 

Dövlət imtahan Mərkəzi (DİM) tərəfindən müxtəlif növ onlayn sınaq imtahanları keçirilir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, istifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına da malikdirlər. Bu onlayn test bankında ümumilikdə 28535 test tapşırığı toplanıb.

Abituriyentlər (şagirdlər) bütün fənlər üzrə 5-11-ci sinif dərsliklərinin (Azərbaycan dili və riyaziyyat fənni üzrə isə 4-11-ci siniflər) mündəricatında olan hər bir mövzu üzrə sınaq imtahanından (hər imtahanda 10 test tapşırığı olmaqla) və həmin sinif üzrə 5 qiymətləndirmə sınağından (hər imtahanda 20 test tapşırığı olmaqla) istifadə etməklə hazırlıq səviyyələrini yoxlaya bilərlər.

İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində siz tapşırıqlara, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.

Portalda qeydiyyat, ödəniş və imtahanlara yazılmaqla bağlı təlimatlarla otk.az portalında “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video