24 Yanvar 2021 13:48
723
DÜNYA
A- A+

Dəniz quldurları “MV Mozart” gəmisinin idarəetmə sistemini dağıdıblar  

 

Türkiyə tərəfi Nigeriya sahillərində “MV Mozart” adlı gəminin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Nigeriyadakı səfirliyi hadisə ilə bağlı rəsmi Abuca ilə sıx təmasdadır.

Türkiyənin Nigeriyadakı səfiri Ahmet Melih Ulueren “TRT Haber” telekanalına açıqlamasında bildirib ki, bu işi gecə-gündüz təqib edəcəyik.

Gəminin quldurların hədəfindən yayınan üç heyət üzvü tərəfindən idarə edildiyi Qabon limanına doğru hərəkətdə olduğu bildirilib.

Ən son məlumata görə, dəniz quldurları basqına məruz qalan gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar. Hazırda “MV Mozart” gəmisinin idarəetməsini üzərinə götürən dördüncü kapitan Furkan Yaren “Twitter” sosial şəbəkə hesabından səs yazısı ilə bu barədə paylaşım edib. Onun sözlərinə görə, gəminin işarə-kompas sistemində yalnız radarlar çalışır. Ayağından yaralı olduğunu bildirən dördüncü kapitan qeyd edib ki, gəminin təhlükəsiz bir yerdə lövbər salmasını istəyirlər.

Qeyd edək ki, gəmi heyətinin 19 üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video