02 Mart 2021 00:40
942
ELANLAR
A- A+

“Buta Airways” Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır

 

Aviaşirkətin Mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstanın paytaxtına və əks istiqamətdə xüsusi reyslər həyata keçirməyə başlayır. Uçuş cədvəlinə əsasən, pandemiya dövründə Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviadaşıyıcının ilk uçuşu martın 19-da yerinə yetiriləcək.

Qeyd olunan marşrut üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - “Standart” və “Super”.

Belə ki, “Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. “Super” tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə reys üçün biletləri (“Super” və “Standart” tarifləri üzrə) aviaşirkətin www.butaairways.az rəsmi saytında əldə etmək mümkündür. Biletləri həmçinin aviaşirkətin rəsmi agentliklərindən də əldə edə bilərsiniz (yalnız “Super” tarifi üzrə).

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm də gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.

Bakı-Tbilisi istiqaməti üzrə reysin sərnişinləri:

- Gürcüstan ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Gürcüstana giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz https://www.butaairways.az/az/covid/georgia

- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar (ingilis dilində). Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/clinics.

Tbilisi-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan.

- Synevo laboratoriyasının filiallarından birində koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar və ya QR-kod qeyd olunan COVID-19-a dair PCR-testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər (QR-kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq).

Tərəfdaş klinikaların şəbəkəsi genişləndikcə siyahı daha da artacaqdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlılığından əmin olmalıdırlar.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video