08:33 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bosniya və Herseqovinanın xəbər portalı Xocalı soyqırımına dair məqalə dərc edib
 
ANA SƏHİFƏ / SİYASƏT
23:56 25.02.2021

 

Bosniya və Herseqovinanın “STAV” - siyasi, ictimai və mədəni jurnalının internet xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə dərc edilib (https://stav.ba/vijest/u-bih-odana-pocast-zrtvama/1101).

AZƏRTAC xəbər verir ki, məqalənin preambulasında Azərbaycan dövlətinin Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasına nail olmaq üçün lazımi addımlar atıldığı qeyd olunur.

Məqalədə, Azərbaycanın Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəliyinin və Azərbaycan xalqına dostluğu ilə seçilən şəxslərin iştirakı ilə Sarayevoda Dostluq Parkında Xocalı soyqırımında qətlə yetirilənlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoyulduğu və faciə qurbanlarının xatirəsinin yad edildiyi bildirilir.

Ardınca məqalədə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı, dinc əhaliyə qarşı aparılmış soyqırımı, qətlə yetirilənlər barədə məlumat verilir.

Qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırımı olaraq qəbul edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. O cümlədən Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması istiqamətində böyük nəticələr əldə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampanıyası dünya ictimaiyyətini ayağa qaldırıb.

Məqalədə diqqətə çatdırılır ki, hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul ediblər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımını kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul ediblər.

Həmçinin müəllif bildirir ki, Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Bundan əlavə məqalədə qeyd edilir ki, Xocalıda törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdir. Ermənistan, 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı əvvəlcədən məqsədli şəkildə Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə alaraq, münaqişə xəttindən xeyli uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər şəhərlərində erməni vandallığını bir daha nümayiş etdirən terror aktları törətdi və qadağan olunmuş silahlardan istifadə etməklə 100-dən çox mülki şəxsin, o cümlədən uşaqların və qadınların həyatına son qoyan insanlığa qarşı cinayəti davamı etdirdi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM