29 Noyabr 2018 16:28
1202
Səhiyyə
A- A+

Bol günəş işığı, açıq havada gəzmək və ünsiyyətcillik qış depressiyasından xilas edir


Fəsillərin dəyişməsi müxtəlif problemlərin üzə çıxması üçün münbit şərait formalaşdırır. Qışa yaxınlaşdıqca havanın daha erkən tutqunlaşması nəticəsində ruhi yorğunluq yaranır, evdən bayıra çıxmağa həvəs olmur, həyatdan zövq almaq hissi azalır. Enerji azlığı, istəksizlik, halsızlıq isə ruhun yorğunluğundan xəbər verir. Bəzi insanlarda meydana çıxan səbirsizlik və əsəbilik hissi də bundan irəli gəlir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bu barədə AZƏRTAC-a məlumat verib.

O qeyd edib ki, qış fəsli bir çox insanlara həm fiziki, həm də psixoloji cəhətdən mənfi təsir göstərir. Qış depressiyası və ya mövsümi affektiv pozuntu adlandırılan bu hal qışın başlanğıcından yaza qədər davam edə bilər: "İstənilən yaş qrupunda rast gəlinən qış depressiyasından əsasən 18-30 yaş arasında olanlar əziyyət çəkirlər. Qadınlar kişilərə nisbətən bu pozuntuya dörd dəfə daha az meyillidirlər”.

Depressiyasının əlamətləri haqqında danışan psixoloq deyib: "Havanın tez qaralması, soyuq havanın təsiri, evdən kənar fəaliyyət və məşğuliyyətlərin azalması nəticəsində insan daxili dünyasına qapanır. Bunun nəticəsi olaraq uzun müddətli pessimizm, durğunluq, ifrat yorğunluq, ümidsizlik, başağrısı, dağınıqlıq, yuxuya həddindən artıq meyillilik, iştaha dəyişkənliyi, şəkərli və nişastalı qidalara tələbat, işə getmək istəyinin azalması və tənbəllik kimi hisslərlə qış depressiyası özünü büruzə verir.

Depressiyaya məruz qalanlar qış aylarında düşünmək, kitab oxumaq və digər işlərlə məşğul olmaq əvəzinə yatmağa daha çox üstünlük verirlər. Qəribədir ki, bəzən çox yatmağa baxmayaraq dincəlmək olmur və əksinə daha da yorğunluq, halsızlıq hissi yaranır. Bəzən isə cəmi 20 dəqiqəlik yuxu bütün yorğunluğun aradan qalxmasına , gümrahlıq hissinin yaranmasına kömək edir. Bu zaman faydalı qidalardan vaxtında və qədərində istifadə gün ərzində beyni oyaq saxlamağa kömək edə bilər. Şəkər və ağ çörəyi imkan daxilində rasiondan çıxarmaq məsləhət görülür”.

Qış depressiyasından xilas olmağın yolları barədə danışan psixoloq deyib: "Depressiyadan xilas olmaq üçün ən səmərəli üsullarından biri Günəş işığıdır. Ona görə də imkan daxilində açıq havada daha çox vaxt keçirməyə çalışmaq lazımdır. Səhərlər yarım saatlıq gəzinti həm fiziki, həm də psixoloji cəhətdən sakitlik yaradır. Orqanizmin kifayət qədər oksigen alması üçün Günəş doğulduğu saatlarda pərdələri açıq saxlamaq, otağı səhər tezdən və gün ərzində havalandırmaq lazımdır. Depressiyaya səbəb olan amillərdən biri də oturaq iş şəraitidir. Həftədə 3-4 gün məşq etmək gümrahlıq və rahatlıq yaradır, zehni açır, əhvali-ruhiyyəni yüksəldir. Ona görə də fasilələrlə gəzməyə və hərəkət etməyə çalışmaq, aktiv həyat tərzi keçirmək, insanlarla ünsiyyətə girmək, tənhalıqdan uzaq olmaq lazımdır. Asudə vaxt və istirahət günlərini yaxın və doğma adamlarla birgə keçirmək də depressiyanı uzaqlaşdırır. Evə və ofisə daha çox günəş işığı düşməsini təmin etmək, ailə üzvləri, doğma və yaxın adamlarla vaxt keçirmək, tətilə çıxmaq, kino və teatra getmək, evdə olarkən maraqlı filmlər izləmək də bu sahədə faydalı təsir göstərir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video