22:57 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bill Qeyts pandemiya haqqında: dünya 2022-ci ilədək “normal vəziyyətə” qayıda bilər
ANA SƏHİFƏ / DÜNYA
23:36 01.03.2021

 

“Microsoft” kompaniyasının banisi Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Bill Qeytsin fikrincə, dünya 2022-ci ilə qədər “normal vəziyyətə” qayıda bilər. “Problem ondadır ki, biz bütün planetdə pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik”, - deyə o bildirib.

Milyarderin sözlərinə görə, ABŞ artıq payız aylarında demək olar ki, normal vəziyyətə qayıdacaq. Bu zamana qədər bütün məktəblər açılacaq, restoranlar fəaliyyətini qismən bərpa edəcək və idman tədbirləri keçiriləcək. Lakin pandemiya üzərində yekun qələbə qazanmaq üçün vaksinasiya məsələsində “bütün dünyaya yardım etmək” lazımdır.

Bill Qeyts hələ ki, koronavirus əleyhinə preparatların yalnız varlı ölkələr üçün əlçatan olduğunu və “Gates Foundation” fondunun vaksin istehsalının artırılması üçün əlavə müəssisələrin tikilməsi ilə məşğul olacağını qeyd edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM