22:13 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

BİLDİRİŞ

ANA SƏHİFƏ / ELANLAR
00:35 02.03.2021

 

“Azərişıq”ASC tərəfindən 22 dekabr 2020-ci il tarixdə  Bakı RETSİ ərazisində enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı daxil olan, həmçinin Dünya Bankının “Doing Business” hesabatında “Azərişıq” ASC-nin reytinqinin qiymətləndirilməsi zamanı nəzərə alınan müraciətlərin icra müddətinə 1(bir) illik  nəzarət edilməsi xidmətinin satın alınması məqsədilə keçirilmiş açıq tender üzrə təqdim olunmuş iddiaçıların təklifləri Tender komissiyası tərəfindən qiymətləndirilmişdir.  Tender komissiyasının qərarına əsasən, müvafiq LOT üzrə “UNI ENERGY SERVICES”  MMC şirkəti qalib elan olunmuşdur.

Qalib təşkilatla müvafiq  müqavilə bağlanmışdır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM