01 Fevral 2019 17:09
763
DÜNYA
A- A+

Bəşər tarixində ən varlı insanın adı açıqlanıb


Alimlər ictimaiyyətə orta əsrlərə aid "Kataloniya atlası” əlyazmasını təqdim ediblər. "Live Science”ın məlumatına görə, əlyazmada Yerin mərkəzində tarixdə ən varlı insan təsvir edilib.

AZƏRTAC "Rossiyskaya qazeta”ya istinadla xəbər verir ki, XIV əsrə aid nadir atlas ABŞ-ın Şimal-Qərb Universitetinin İncəsənət Muzeyində açılan sərgidə təqdim edilib. 1375-ci ildə Aralıq dənizinin Mayorka adasında tərtib edilən xəritədə Afrikanın orta əsrlərdə nəhəng sərvətindən və nüfuzundan danışılır. Xəritədə tarixdə ən varlı insan hesab edilən Mali imperiyasının hökmdarı Mansa Musa təsvir edilib. O, regionda qızıl hasilatına bütünlüklə nəzarət edib. Həmin dövrlərdə isə Mali qızılı ən təmiz idi və ona böyük tələbat vardı.

"Bu gün kiminsə onun qədər var-dövlətə sahib olmasını təsəvvürə gətirmək çox çətindir. İmperiyasının bütün sərvətləri Musa üçün əlyetərli idi”, - deyə muzeyin əməkdaşı Bikford Berzok bildirib.

Mali qızılı, xüsusən XIV əsrdə hakim mövqe tutan valyutanın - dinarların zərb edilməsində istifadə olunurdu. Həmin sikkələrin məhz Musanın qızıllarından kəsilməsi bu yaxınlarda şifri açılmış o dövrün ərəb mətnlərində aşkar edilib.

Musa tarixdə qızılın qiymətini təkbaşına nizamlayan yeganə insan hesab olunur. Onun 1324-1325-ci illərdə Məkkədə Həcc ziyarətini necə icra etməsi barədə əhvalat məlumdur. Hökmdar yolboyu yoxsullara çoxlu qızıl paylayıb və böyük məbləğdə vəsaitə mallar alıb. Bu, o dövrdə iri şəhərlərdə qızılın devalvasiyasına gətirib çıxarıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video