12 Fevral 2021 02:08
1711
ELANLAR
A- A+

“Azercell” müharibədə iştirak edən tələbələrə təqaüd ayırdı

 

10 ildən artıq müddətdir ki, “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində bir çox sahələr, həmçinin informasiya texnologiyaları üzrə ali təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Bu il isə əvvəlki illərdən fərqli olaraq, 44 gün davam etmiş Vətən müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələrin həmin proqram çərçivəsində dəstəklənməsi və nəticədə, “Azercell” tərəfindən Bakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsil ocaqlarının 23 tələbəsinə təqaüd verilməsi qərara alınıb. Tələbələrin siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim olunub.

Təqaüd Proqramına seçilən tələbələr əsasən İT və Şəbəkə yönümlü ixtisaslar üzrə müxtəlif kurslarda təhsil alırlar. Təqaüdçülər sırasında bakalavrlarla yanaşı, magistratura pilləsi üzrə təhsil alan gənclər də var. Tələbələrə təhsil müddətinin sonunadək hər təhsil ayı üçün 200 manat məbləğində təqaüd veriləcək. Eyni zamanda hədiyyələr, “Azercell” Fakturasız xətt abunəçisi olan Təqaüd Proqramı tələbələrinə GencOl 9 tarifinə 30 faiz endirim və dünyaca məşhur “Busuu” proqramına 6 aylıq abunəlik təqdim olunacaq.

Bəhs edilən layihə çərçivəsində 10.02.2021-ci il tarixdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və departament direktorlarının iştirakı ilə tələbələrlə onlayn görüş təşkil olunub. Həmin tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Yaşar Ömərov da iştirak edib.

“Azercell Telekom” MMC-nin prezidenti əsgər tələbələrin timsalında Vətən müharibəsində iştirak edən bütün hərbçi və əsgərlərə zəfər sevincini yaşatdıqları üçün dərin təşəkkürünü bildirib, onları “Azercell Təqaüdçüsü” adını qazanmaqları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində onlara daha da böyük zirvələri fəth etməyi arzu edib: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi altında məhz sizin kimi gənclərimiz bütün dünyaya ordumuzun gücünü, qüdrətini, xalqımızın qələbə əzmini nümayiş etdirməyi bacardı. Sizin vətənimizin azadlığı və bütövlüyü uğrunda sərgilədiyiniz misilsiz rəşadət və qəhrəmanlıq gələcək nəsillərə nümunə oldu. İnanıram ki, cəbhədə vətəndaş borcunuzu layiqincə yerinə yetirdiyiniz kimi, elmi potensialınızı daha da gücləndirib, gələcəkdə İKT sahəsində ölkəmizə öz peşəkarlığı ilə xidmət edəcək mütəxəssis olacaqsınız, ayırdığımız təqaüd sizə də dəstək olacaq”. Şirkətin prezidenti bu layihədə göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə də təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov də öz növbəsində Müzəffər Ordunun mübariz əsgərlərinə ən xoş arzularını çatdırıb, “Azercell”in həyata keçirdiyi “Tələbə Təqaüdü” proqramını yüksək qiymətləndirib, bu təşəbbüsün tələbələrə maddi dəstəklə yanaşı, həm də mənəvi dəstəyin təzahürü olduğunu bildirib, şirkətin ölkənin ali ocaqları ilə olan sıx əməkdaşlığının davam etdiriləcəyinə və gücləndiriləcəyinə inamını ifadə edib.

“Azercell”in “Tələbə Təqaüdü” proqramı 2009-cu ildən etibarən icra olunur. Bu müddət ərzində, “Tələbə Təqaüdü 2021” proqramının iştirakçılarının sayı daxil olmaqla Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 235 tələbə “Azercell” şirkətinin təqaüdçüsü seçilib. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Proqrama seçilən tələbələr təqaüd almaqla yanaşı, həm də telekommunikasiya sahəsi üzrə biliklərini artırmaqla gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Təqaüdçülər şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etməklə təcrübə keçmək şansını əldə ediblər. Onların mühüm bir hissəsi “Azercell”də iş təklifi alaraq uğurlu karyera qurmağa müvəffəq olub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video