27 Fevral 2021 03:03
1119
ELANLAR
A- A+

“Azercell” ilə TikTok indi daha əlçatandır!

 

Lider mobil operator yeni “TikTok internet paketi”ni təqdim edir

 

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC dünyada 800 milyondan çox istifadəçinin rəğbətini qazanan TikTok sosial şəbəkəsinin pərəstişkarlarını sevindirir. Mobil operator son zamanlar sosial mediada rezonans yaradan TikTok üçün xüsusi internet paketi istifadəyə verir.

Fevral ayının 23-dən mart ayının 31-dək yeni paket çərçivəsində 1GB həcmində interneti cəmi 2 AZN-ə təklif edən “Azercell” gənc nəslin sevimlisi olan TikTok tətbiqini müştəriləri üçün daha da əlçatan edir.

Populyar musiqi və filtrlərdən istifadə edərək qısa videolar yaratmağa və paylaşmağa imkan verən TikTok-dan endirimli qiymətlərlə yararlanmaq üçün T açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir.

Qeyd edək ki, “TikTok internet paketi”ni yalnız “Azercell”in aylıq internet paketlərinə abunə olan müştərilər sifariş edə bilərlər.

Sevdiyiniz sosial şəbəkədən əlverişli şərtlərlə yararlanmağa tələsin!

“Azercell”in aylıq internet paketləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/monthly.html , “TikTok internet paketi” haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/internet/tiktok-data-pack.html  səhifəsinə keçid etməyiniz xahiş olunur.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video