26 Yanvar 2021 14:39
840
İQTİSADİYYAT
A- A+

Azərbaycanın xarici ticarət dövriyyəsi 21,8 milyard manat olub  

 

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2020-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 milyard 863,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12 milyard 177,8 milyon dollar, idxalın dəyəri 9 milyard 685,5 milyon dollar təşkil edib, nəticədə 2 milyard 492,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,2 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 36,2 faiz, ixrac isə 11,5 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 86,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Ukrayna, ABŞ, Fransa, Hindistan, Gürcüstan, Yunanıstan, Xorvatiya, İspaniya, İsrail, Birləşmiş Krallıq, İran, Tunis, İsveçrə, Çexiya, Belarus ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiyanın, 14,5 faizi Türkiyənin, 13,2 faizi Çinin, 6,1 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,4 faizi Fransanın, 3,9 faizi Ukraynanın, 3,8 faizi İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 1,8 faizi Yaponiyanın, 1,6 faizi Koreyanın, 1,2 faizi Hindistanın, hər biri 1,1 faiz olmaqla İspaniya və Qazaxıstanın, 1 faizi Belarusun, hər biri 0,9 faiz olmaqla Polşa və Niderlandın, hər biri 0,8 faiz olmaqla Türkmənistan, İsveçrə və Vyetnamın, 13 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, az qiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, bitki mənşəli məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 64,7 faizini avtomobil, 19,5 faizini dəmir yolu, 10,9 faizini hava, 4,8 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın 31,4 faizini İtaliyaya, 19,2 faizini Türkiyəyə, 4,9 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Xorvatiyaya, hər biri 3,3 faiz olmaqla Gürcüstan və Çinə, 3,2 faizini Hindistana, 3,1 faizini İsrailə, hər biri 2,5 faiz olmaqla İspaniya və Ukraynaya, 2,2 faizini Tunisə, hər biri 1,8 faiz olmaqla Portuqaliya və Almaniyaya, 1,7 faizini Çexiyaya, 1,5 faizini İsveçrəyə, 1,2 faizini Belarusa, hər biri 1,0 faiz olmaqla Vyetnam, Tailand, Birləşmiş Krallıq və Avstriyaya, 5,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Yanvar-noyabr aylarında ixracın 85,8 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,4 faizini avtomobil, 3,3 faizini dəmir yolu, 1,9 faizini hava, 0,6 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, bitki yağları, şəkər, alkoqollu və alkoqolsuz içkilərin payı üstün olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video