17:01 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Meksika parlamentləri arasında əlaqələr genişlənir
 
ANA SƏHİFƏ / SİYASƏT
13:16 23.02.2021

 

Fevralın 22-də Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Meksika Birləşmiş Ştatları Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun üzvləri arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əliyeva ölkələrimiz arasında diplomatik əlaqələrin qurulduğu 29 ildə formalaşan dostluq və əməkdaşlıqdan söz açıb. Azərbaycan ilə Meksika hökumətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair imzalanmış Sazişin mühüm əhəmiyyətindən danışıb. J.Əliyeva Xocalı soyqırımını tanıyan Meksika Senatına bir daha minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanın ən ağrılı probleminə obyektiv münasibət bəsləyən dost Meksika erməni təcavüzünün qabardığı bütün məqamlarda haqqa və ədalətə sadiq qalıb, keçən yay Tovuz istiqamətində təxribat törədiləndə, Vətən müharibəsi günlərində Gəncə, Bərdə, Tərtər şəhərlərinin mülki əhalisi bombardmana məruz qalanda Azərbaycanın yanında olub, beynəlxalq hüququ dəstəkləyib.

İşçi qrupun rəhbəri meksikalı həmkarlarına çağırış edərək gələn il 30-cu ildönümü tamam olan Xocalı soyqırımının dünya miqyasında tanıdılması və ədalətli qiymətini alması üçün dəstək verməyə səsləyib.

Videokonfransda Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ölkəmizlə dostluğu yüksək qiymətləndirdiklərini bildirib. Hazırkı görüşü ikitərəfli münasibətlərin gücləndirilməsi üçün yaxşı imkan kimi dəyərləndirib. Meksika-Azərbaycan əlaqələrinin inkişafında səfirlərin mühüm xidmətlərinin olduğunu vurğulayıb.

Aqustin Qarsiya Rubio Xocalı soyqırımı ilə əlaqədar kədərlərini ifadə edib, Meksikada hər il anma mərasimləri keçirildiyini diqqətə çatdırıb. Deyib ki, bir daha belə soyqırımların baş verməməsi üçün bütün bəşəriyyət səfərbər olmalıdır. Azərbaycanın 2020-ci ildə yenidən Ermənistanın hərbi təcavüzü ilə qarşılaşdığını qeyd edən Aqustin Qarsiya Rubio əks-hücum əməliyyatının ölkəmizin qələbəsi ilə başa çatmasından məmnunluqlarını ifadə edib və xalqımıza Zəfər təbriklərini çatdırıb. Bildirib ki, Meksika qardaş və dost ölkə olaraq daim Azərbaycanın yanındadır.

Videokonfransda ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib.

Sonra Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floresin təqdimatında Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafını diaqramlar və rəngli slaydlar ilə əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sabir Rüstəmxanlı, Ülviyyə Həmzəyeva və İltizam Yusifov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması ilə bağlı görülməli işlərə dair fikirlərini bölüşüblər. Qarabağda bərpa və yenidənqurma işlərinin başlandığı, Azərbaycanın bu sahədə bütün ölkələrlə əməkdaşlığa açıq olduğu bildirilib.

Daha sonra çıxış edən Meksika Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun üzvü Fransisko Xavyer Quzman De La Torre aqrar sənaye sahəsində əməkdaşlıq imkanlarından danışıb.

Çıxışlarda parlamentlərarası əlaqələrin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, görüşlərin və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.

Videokonfransda Meksika Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun bir sıra üzvləri iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM