26 Yanvar 2021 00:18
869
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi 2020, 2021 və 2022-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin audit olunması məqsədilə açıq tender elan edir

 

Tender 1 LOT üzrə keçirilir.

 

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ dövlət satınalmaların vahid internet Portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

  Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: 500 (beş yüz) manat

Dövlət Radiotezliklər İdarəsi

VÖEN: 9900038911

H/H: AZ78AZPO91015461200420100072            

Bankın adı: “Azərpoçt” MMC PF1

Bankın VÖEN-i: 9900037711

Bankın kodu: 691011

M/H: AZ76NABZ01350100000000094944

SWIFT: AZPOAZ22

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin qiymətinin 1 faizi həcmində bank təminatı (zərfin açıldığı tarixdən sonra  ən azı 30 bank günü qüvvədə olmalıdır);

- iddiaçının tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin     səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının analoji satınalma üzrə iş təcrübəsini təsdiq edən sənəd;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməmiş, vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində  vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi və sosial orqanlarından arayış;

- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

 

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank  təminatı istisna olmaqla) 09 fevral 2021-ci il saat 11:00-a kimi, tender təklifi və bank təminatını isə 17 fevral 2021-ci il saat 11:00-a kimi Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri  18 fevral 2021-ci il saat 11:00-da Bakı şəhəri, Droqal döngəsi, 702-ci məhəllə ünvanda açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video