09:39 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Milli Məclisi 2021-ci il üçün xərclər smetasının 222441 - “Əsas fondlara xidmət haqqı xərcləri” yarımmaddəsi üzrə illik xidmətlərin satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təkliflər sorğusu keçirir

ANA SƏHİFƏ / ELANLAR
00:42 03.03.2021

 

Təkliflər sorğusu 7 (yeddi) LOT üzrə keçiriləcəkdir:

LOT-1: Qazanxana və nasosxana avadanlıqlarına illik texniki xidmət;

LOT-2: Mərkəzi qapının buraxılış sisteminə (turniket) illik texniki xidmət;

LOT-3: Mərkəzləşdirilmiş kondisioner, ventilyasiya və istilik sistemlərinə illik texniki xidmət;

LOT-4: “Yanğın”, “Mühafizə” siqnalizasiya sistemlərinə, “tüstüuzaqlaşdırma və idarəetmə sisteminə” və “videonəzarət və səsyayma” sistemlərinə illik texniki xidmət;

LOT-5: Darvaza avtomatikası və qapı aksesuarlarına illik texniki xidmət;

LOT-6: Texniki avadanlıqların (printer, skaner) texniki xidməti, təmizlənməsi, təmiri və ehtiyat hissələrinin və çoxişlənən malların dəyişdirilməsi və digər illik xidmətlərin alınması;

LOT-7: Sərnişin liftlərinə illik texniki xidmət.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

1. Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət.

2. Təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir.

3. Təklifin təminatı (bank zəmanəti) təklifin ümumi qiymətinin 1 (bir) faizi məbləğində olmaqla təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır.

4. İddiaçılar haqqında tələb olunan sənədlər aşağıdakılardır:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

- müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olması - potensial imkanları haqqında məlumat;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olması.

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar təkliflər sorğusunun Əsas şərtlər toplusunu müsabiqədə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Parlament prospekti, 1 ünvanından əldə edə bilərlər.

İştirakçılar təklifləri möhürlənmiş qaydada ikiqat zərflərdə, 11 mart 2021-ci il saat 18:00-a qədər Tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır. İştirakçıların təklifləri 12 mart 2021-ci il saat 16.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Möhbalı Cavid

Əlaqə telefonu: (012) 492-31-26

E-poct ünvanı : [email protected] Ünvan: Bakı şəhəri, Səbail rayonu, Parlament pr.,1, Milli Məclis

 

Tender komissiyası

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM