17 Yanvar 2021 00:11
735
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi açıq tender elan edir

 

LOT-1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasında elektrik sistemləri və avadanlıqlarının 2021-ci il ərzində texniki xidmətlərinin satın alınması.

LOT-2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasında yanğına qarşı mühafizə sistemlərinin (avtomatik və su ilə söndürmə sistemləri)  2021-ci il ərzində texniki xidmətlərinin, yanğın balonlarının doldurulmasının satın alınması.

LOT-3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasındakı liftlərə texniki xidmətin satın alınması.

LOT-4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binası və həyətyanı sahəsindəki otaq və bağ üçün dekorativ bitkilərə aqro xidmətin  göstərilməsinin satın alınması.

LOT-5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasının təmizlik xidməti, tullantıların atılması,  xalça və pərdələrin yuyulması işlərinin  satın alınması.

LOT-6. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasında 2 ədəd Genpover (Türkiyə istehsalı) 1600 Kva generatorların və 2 ədəd 1600 Kva (Çətinkaya markalı, 3 hissəli, Türkiyə istehsalı) tənzimləyicilərin, 400 Kva Sokomec online UPS-in, 3 ədəd 10 Kva online UPS-lərin (Makelsan, İnform) 2021-ci il ərzində texniki xidmətlərinin, təmirinin, ehtiyat hissələrinin, sürtkü materiallarının  satın alınması.

Tender iştirakçıları https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalar vasitəsilə daxil olaraq  tender haqqında ətraflı məlumatı əldə etməlidirlər. Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haqqını (Portalda tender predmetinə aid səhifəyə girdikdə iştirak haqqının məbləği göstərilir və tenderdə iştirak haqqı Portalda asan pay sistemi ilə ödənilir) ödədikdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün Portalda  tender üzrə tələb olunan ilkin və texniki  sənədləri  təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri,  tender təklifi ilə bank təminat  sənədlərini  Portal vasitəsilə Portalda təyin edilmiş vaxtlarda təqdim etməlidirlər. Tender təklifləri Portalda təyin edilən  tarixdə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Ünvan: Bakı şəhəri, Az 1022, S. Vurğun küçəsi, 135

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video