22 Yanvar 2021 00:39
939
ELANLAR
A- A+

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir

 

Tender 1 LOT üzrə keçirilir.

LOT 1 - “Aztelekom” MMC tərəfindən tələb olunan hava rabitə xəttlərinin elementlərinin satın alınması

İştirak haqqı: 1000 manat

Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını “ASAN ödəniş” sistemi vasitəsilə ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu etender.gov.az vahid satınalma portalından əldə edə bilərlər.

 

Müəssisənin adı:         “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hesab nömrəsi:           AZ62AZPO 91015461200420100166

Müəssisənin VÖEN-i: 9900038501

Ünvan:                        AZ1122, Bakı şəh, Tbilisi prospekti -187

Bankın adı:                 Azərpoçt MMC PF 1

Kodu:                         691011

Bankın VÖEN-i:        9900037711

Müxbir hesab:             AZ76NABZ 01350100000000094944

S.W.I.F.T BİK:          AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri vahid satınalma Portalında yerləşdirməlidirlər.

 

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- iddiaçının müştəri bazası haqqında məlumatlar;

- Azərbaycan Respublikası Statistika Komitəsindən mikro, kiçik və ya orta sahibkarlıq subyektləri olduğunu təsdiq edən arayış;

- təklif olunan malların mənşə və keyfiyyət sertifikatları;

- tenderin Əsas şərtlər toplusunda nəzərdə tutulan və tenderin Əsas şərtlər toplusunun tələblərindən irəli gələn digər sənədlər.

 

İddiaçı təqdim edəcəyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.  Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.                                                                                                                                                            

Tender təkliflərinin qiymətləndirilməsi zamanı onların bu sahədəki çoxillik təcrübəsi, yerli şirkətlərə göstərdiyi təchizat işinin keyfiyyəti, müqavilə imzaladıqları şirkətlər tərəfindən təqdim olunan tövsiyə məktublarının olması nəzərə alınacaqdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 15 fevral 2021-ci il saat 11:00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 23 fevral 2021-ci il saat 17:00-dək vahid satınalma Portalında yerləşdirməlidirlər.                                                   

İddiaçıların təklifləri 24 fevral 2021-ci il saat 11:00-da vahid satınalma Portalında açılacaqdır.

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video