18 Yanvar 2021 13:24
1077
İDMAN
A- A+

Azərbaycan millisinin heyəti açıqlanıb

 

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakıda Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, yanvarın 18-dən 30-dək Bakıda hazırlıq keçəcək millinin düşərgəsinə 20 futzalçı dəvət olunub. Heyətdə Ramiz Çovdarov, Rövşən Hüseynli (hər ikisi “Araz”), Emin Kürdov (EKOL), Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, Hadi Ahmadi, Amir Şojae, Fineo De Araujo (hamısı “Araz”), Oqtay Rüstəmli (“Neftçi”), Tofiq Mikayılov (EKOL), Oruc Bəxşəlizadə, Kənan Manafov (hər ikisi “Neftçi”), Samir Həmzəyev (EKOL), Nihad İsmayılov, Oliveira Villiams (hər ikisi klubsuz), Eduardo Borges (“Halle Gooik”, Belçika), Everton Kardoso (“Levante”, İspaniya), Rafael Vilela (“Palma Futsal”, İspaniya) və Teles Martins Tyaqo (“Salines Tuzla City”, Bosniya və Herseqovina) yer alıblar.

Qeyd edək ki, Oliveira Villiams, Eduardo Borges, Everton Kardoso, Teles Martin Tyaqo və Rafael Vilela komandaya yanvarın 23-dən sonra qoşulacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video