27 Fevral 2021 02:58
792
ELANLAR
A- A+

Azərbaycan İnvestisiya Holdinqi “Kompüterlər, printerlər və sair avadanlıqların, onların quraşdırılması xidmətlərinin”, “Kəsintisiz qida avadanlıqlarının və onların quraşdırılması xidmətlərinin” satın alınması üzrə təkliflər sorğusu həyata keçirir

 

Təkliflər sorğusunda iştirak etmək istəyənlər hər müsabiqə üçün 75 (yetmiş beş) manat məbləğində iştirak haqqını bank hesabına köçürdükdən sonra, Əsas şərtlər toplusunu Bakı şəhəri, Azərbaycan pr. 6, ünvanından (əlaqələndirici şəxs: Babək Amaşov, telefon: (012) 599-87-80 daxili nömrə 2008, otaq № 306) əldə edə bilərlər. Sorğuda iştirak üçün sənədlər 10.03.2021-ci il saat 17:00-a qədər qəbul olunur.

Satınalmada iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasına dair sənəd;

- əmlakı üzərinə həbs qoyulmaması, nizamnamə kapitalının girovda olmamasına dair arayış;

- dövlət qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və dövlət qeydiyyatı haqqında şəhadətnamə) surətləri, bank rekvizitləri haqqında məlumata dair sənədlər;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq arayış;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamasına dair arayış;

- iddiaçının son 3 (üç) il ərzində oxşar müqavilələr üzrə iş təcrübəsini təsdiq edən sənədlər.

Bank rekvizitləri                                                                                                                                                        

Emitent  

Kapital Bank ASC Mərkəz filial                                                                                                                                       

Bank kodu: 200026                                                                                                                                              

VÖEN: 9900003611                                                                                                                                                

Müxbir hesabı: AZ37NABZ01350100000000001944                                                                                                           

S.W.İ.F.T. bik: AIIBAZ2X                                                                                                                                   

Alan 

Azərbaycan İnvestisiya Holdinqi                                                                                                                                   

VÖEN: 1702893761                                                                                                                                                   

H/H: AZ13AIIB38060019440818786102

İddiaçıların təklif zərfləri 11 mart 2021-ci il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video