30 Dekabr 2020 03:14
1141
Qanunlar
A- A+

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri


Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir


Maddə 1. Medalın ümumi təsviri

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır.

2.2. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ” sözləri, aşağı qövs boyunca "1920-2020” rəqəmləri yazılmışdır. "1920-2020” rəqəmlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng təsvir olunmuşdur.

2.3. Medalın daxili çevrəsinin mərkəzində loqotip şəklində "ADNSU” sözü, aşağı hissəsinə "100” rəqəmləri həkk edilmişdir. "ADNSU” sözü ilə "100” rəqəmləri arasında "Azİİ 1920” sözləri yazılmışdır. "ADNSU” sözünün yuxarı sol hissəsinə karbohidratların ənənəvi kimyəvi formulunun vizual təsviri həkk edilmişdir.

2.4. Çevrənin konturları, bütün yazılar və rəqəmlər, "ADNSU” loqotipi və sünbül çələngləri relyefli olaraq qızılı rəngdədir. İki çevrə arası tünd qırmızı rəngdə, ikinci çevrə daxilində arxa fon qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində loqotip şəklində "ADNSU 100” sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının eskizi relyefli həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfində medalın seriyası və nömrəsi yazılmışdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində tünd qırmızı, 9 mm enində boz, 1,5 mm enində ağ, 3,5 mm enində tünd qırmızı və mərkəzdə eni 3 mm enində olan boz rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Xara lentin yuxarı hissəsinə mərkəzində loqotip şəklində relyefli "ADNSU” sözü, sol və sağ tərəflərə doğru sünbüllərdən ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilmişdir.

4.4. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video