03:16 07 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


00:40 07.03.2021

Yel çərşənbəsi


00:40 07.03.2021

Üçüncü çərşənbə


00:40 07.03.2021

Novruzun topları


00:39 07.03.2021

Baharın ilk müjdəçiləri


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandakı yerini tutacaq
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
17:16 23.01.2021

 

Əvvəllər Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandakı yerini tutacaq.

AZƏRTAC xəbər verir ki, adıgedən əsərlər 1935-ci ildə Ayasofyanın muzey kimi fəaliyyətə başlamasının ardından anbarlarda mühafizə altına alınıb. Hazırda bu tarixi əsərlərin restovrasiya işlərinə başlanılıb. Bu məqsədlə tarixi abidənin muzey olaraq fəaliyyəti dövründə satış ofisi olaraq fəaliyyət göstərən bölməsi restovrasiya mərkəzinə çevrilib. Onlarla əsərin yenidənqurma işlərinin yeddi aya tamamlanması planlaşdırılır.

Türkiyənin Prezident Aparatının nəzarəti altında həyata keçirilən yenidənqurma işləri İstanbulun Restovrasiya və Qoruma Mərkəzinin regional laboratoriyasının mütəxəssisləri tərəfindən aparılır. Mütəxəssis heyətinin rəhbəri, Türkiyənin Prezident Aparatının Mədəniyyət və İncəsənət Siyasətləri bölməsinin üzvü xəttat Mehmet Özçay vaxtilə Ayasofyada olan əsərlərin bir hissəsinin Sultanahmet məscidi, Türk İslam Əsərləri Muzeyi kimi fərqli yerlərə köçürüldüyünü və mümkün olduğu qədərinin yenidən Ayasofyaya qaytarılacağını bildirib.

Qeyd edək ki, mühafizə altına alınan əsərlərin böyük əksəriyyəti Bizans və Osmanlı dövrünə aiddir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM