14 Yanvar 2021 00:18
563
İQTİSADİYYAT
A- A+

Alman mətbuatı Azərbaycanın Avropaya qaz ixracına dair məqalələr dərc edib

 

Almaniyanın “zeit.de” portalında “Azərbaycan Avropaya qaz ixracına başlayıb” başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Avropa qaz bazarının təxminən üçdəbirinə indiyə qədər Rusiyanın nəzarət etdiyi, indi isə Azərbaycanın TAP boru kəməri vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana təbii qaz nəqlinə başladığı bildirilib. SOCAR şirkətinin verdiyi məlumata görə, qeyd olunan ölkələrin istehlakçıları artıq Azərbaycan qazından istifadə ediblər. Məqalədə TAP-ın Azərbaycanın “Şahdəniz-2” adlı nəhəng qaz yatağından təbii qaz nəql etdiyi, 3500 kilometrə yaxın məsafəni əhatə edən “Cənub qaz dəhlizi” boru kəməri layihəsinin tərkib hissəsi olduğu və Azərbaycan qazının Rusiya üçün rəqabət yaradacağı vurğulanır. Əlavə olunub ki, Türkiyə artıq uzun illərdir ki, Azərbaycanın təbii qaz alıcılarından biridir, Avropa İttifaqı isə TAP layihəsini Rusiyanın enerji qaynaqlarından asılılığın azaldılması məqsədilə dəstəkləyir. Məqalədə Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir. Azərbaycanın ötən il baş vermiş 44 günlük müharibə zamanı ərazilərinin böyük hissəsini geri aldığı qeyd olunur.

Azərbaycanın Avropaya qaz ixracına başlamasına dair eyni məzmunlu məlumat, həmçinin “dpa” xəbər agentliyi tərəfindən, eləcə də “Der Neue Tag” qəzetində, “onvista.de” portalında dərc olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video