26 Yanvar 2021 18:05
800
CƏMİYYƏT
A- A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir

 

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyənlər 09.02.2021-ci il tarixinədək (iş günləri saat 10.:00-dan 17:00-dək) qurum yanında İctimai Şuranın seçki komissiyasına müraciət edə bilərlər. Sənədlər Komitənin kadr və kargüzarlıq şöbəsinə və ya elektron poçt ünvanına ([email protected]) təqdim edilməlidir.

Birgə yığıncaqda təmsilçilərinin iştirakını istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri göstərməklə müraciət edə bilərlər:

səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;

vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;

təmsil etdiyi vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;

səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi.

Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçki ilə bağlı səsvermə 2021-ci il fevralın 19-da saat 10:00-dan 15:00-dək Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında (Üzeyir Hacıbəyli, 68) keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video