05:11 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
00:36 26.02.2021

Bu dərdin adı Xocalı...


00:33 26.02.2021

Deyirəm nə ola...


00:32 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Aİİ-də yay imtahan sessiyası sona çatıb
ANA SƏHİFƏ / TƏHSIL
01:29 11.07.2020


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2019-2020-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası sona çatıb. Beş həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, "Microsoft Teams” platforması üzərindən onlayn formatda şifahi formada keçirilib.

Xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb.

Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Aİİ-də cari tədris prosesi ilkin olaraq videodərslər formasında, daha sonra isə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə "Microsoft Teams” platforması üzərindən keçirilib.

Tələbələrin imtahanlarda daha fəal iştirak etmələri üçün Elmi Şuranın qərarına əsasən bir sıra güzəştlər tətbiq olunub. Belə ki, cari ilin yaz semestri üzrə təhsil alanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantların dərslərdəki fəallığı nəzərə alınaraq, əldə etdikləri nəticələr əsas götürülüb. Onlayn dərslərdə iştirak etməyən tələbələrin yaz semestri üzrə qiymətləndirilməsi onların yay imtahan sessiyasında topladıqları balların 2-yə vurulması ilə həyata keçirilib. İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apelyasiya Komissiyası yaradılıb.

İmtahan sessiyasının gedişatı dekanlıq, tədris şöbəsi və aidiyyəti kafedralar tərəfindən "Microsoft Teams” platforması üzərindən izlənilib.

Tələbələrin imtahanlarda müvəffəqiyyət göstəricisi 95, keyfiyyət göstəriciləri isə 40 faizdən yüksək olub.

İmtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən təhsil alanlara tələbə təqaüdü ilə yanaşı, Aİİ-də təsis olunmuş Heydər Əliyev adına təqaüd və Şeyxülislam adına təqaüd veriləcək.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM