03 Mart 2021 10:47
1569
Səhiyyə
A- A+

Acı bibər yemək ölüm riskini azaldır

 

Amerika Kardiologiya Assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, acı bibərdən (çili) müntəzəm istifadə etmək ölüm riskini dörddə bir qədər azalda bilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Express” nəşriyyatının çap etdiyi materialda bildirilir. Tədqiqatçılar bir sıra ölkələrdən olan 570 mindən çox insanın məlumatlarını təhlil ediblər. Mütəxəssislər insanların qidalanma vərdişlərinin bir-biri ilə əlaqə prosesi, təhlükəli xəstəliklərin yaranma riski və ölüm halları ilə maraqlanıblar. Layihənin müəllifləri belə qənaətə gəliblər ki, kəskin qidalara meyllilik ölüm riskini nəzərəçarpacaq dərəcədə azaldaraq həyatı uzada bilər.

“Rasionlarında daim acı bibər olan insanlarda ürək-damar xəstəliklərindən ölmək ehtimalı 26 faiz, xərçəngdən isə 23 faiz azalır”, – deyə alimlər qeyd ediblər.

Elmi ekspertlər hesab edirlər ki, səbəbindən asılı olmayaraq, bibər pərəstişkarları arasında ölüm nisbəti dörddə bir qədər az olur. Bibərin istifadəsinin ölüm riskini azaltdığını izah edən ekspertlər, bunu, sözügedən kəskin məhsulun tərkibindəki komponentlərinin təsiri ilə əlaqələndirirlər. Bibərdən müntəzəm istifadə oksidan, iltihab və xərçəng şişi əleyhinə səmərəli təsir etməklə yanaşı qanda qlükoza səviyyəsinin normallaşmasına kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video