26 Fevral 2021 15:04
577
SİYASƏT
A- A+

ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalı faciəsinin anım günü elan edilib

 

ABŞ-ın Florida ştatının Sanni Ayles Biç şəhərinin meri Corc Skoll Xocalının 29-cu ildönümü ilə əlaqədar 2021-ci il 26 fevral tarixinin Xocalı soyqırımı qurbanlarının anım günü elan edilməsinə dair bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, merin imzaladığı bəyannamədə 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin başlaması, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu nəticəsində aralarında qadınların, uçaqların, qocaların olduğu 600-dən çox mülki insanın qətlə yetirildiyi barədə məlumat verilib.

Bəyannamədə qeyd edilib ki, Xocalı soyqırımı müharibə dövründə vurula bilən dəhşətli ziyanın ən ağrılı xatırlatmasıdır və dünya xalqları arasında daha çox ünsiyyətə, tolerantlığa ehtiyac olduğunu göstərir.

Bütün bunları nəzərə alan mer Corc Skoll 2021-ci il 26 fevral tarixini Xocalı faciəsinin anım günü elan edib.

Bəyannamə Florida ştatında yaşayan soydaşlarımız və Florida-Azərbaycan İcmasının təşəbbüsü ilə qəbul olunub.

Xatırladaq ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində ABŞ-ın Minnesota ştatının qubernatoru, Florida ştatının Aventura və Holondeyl Biç şəhərlərinin merləri, Men ştatının Portlənd şəhərinin meri, İllinoys ştatının Skoki şəhərinin meri və Massaçusets ştatının Boston şəhər meri tərəfindən də oxşar bəyanatlar qəbul ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video