11:48 03 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:44 03.03.2021

Könül şəhri yarı


00:43 03.03.2021

26 fevralda dünyaya gəldi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

2020-ci ildə Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan şagirdlərə "Azercell Telekom" tərəfindən hədiyyələr verildi

ANA SƏHİFƏ / ELANLAR
00:22 13.02.2021

 

Məktəblilərimiz informatika fənni üzrə müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda  ölkəmizi uğurla təmsil edərək 1 qızıl, 1 gümüş və 8 bürünc medal olmaqla, ümumilikdə, 10 medal qazanıblar

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra edilən layihə çərçivəsində "Azercell Telekom" MMC-nin dəstəyilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il ərzində dəfələrlə mötəbər bilik yarışlarına qatılaraq yüksək nəticələr əldə ediblər.

2020-ci ilin ilk belə yarışı yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautıkov Olimpiadası olub. 20 ölkədən 588 şagirdin iştirak etdiyi bu yarışmada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov (hazırda təhsilini ABŞ Massaçusets Texnologiyalar İnstitutunda (MIT) davam etdirir) qızıl, Murad Eynizadə (hazırda təhsilini Cənubi Koreyanın Elm və Yüksək Texnologiyalar İnstitutunda (KAIST) davam etdirir) gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.

Azərbaycan məktəbliləri ötən ilin avqustunda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında da 33 ölkədən olan iştirakçılar arasında fərqlənməyi bacarıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bu nüfuzlu yarışmada bürünc medal sahibi olublar.

Sentyabr ayında Sinqapurda təşkil olunan və virtual formada keçirilən 32-ci Beynəlxalq İnformatika Olimpiadasında da  “Azercell”in dəstəklədiyi Azərbaycan komandasının üzvləri yaddaqalan nəticə əldə edərək 3 medal qazanıblar. 350-yə yaxın iştirakçı arasında üç azərbaycanlı şagird - Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə bürünc medala layiq görülüblər.

Ə.Hüseynov daha sonra Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq Payız Turnirində də uğurlu nəticə nümayiş etdirib. O, 17 ölkədən 403 iştirakçının qatıldığı turnirdə bürünc medal qazanıb.

16-22 dekabr 2020-ci il tarixlərində Moskva şəhərində keçirilən Beynəlxalq Meqapolislər Olimpiadasında Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov bürünc medal əldə edib.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM