25 Fevral 2020 08:20
974
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 350 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar № 32/399


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Piriyev Şaiq Sədi oğlu 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciəti ilə həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 37/119 saylı qərarını mübahisələndirmiş, seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizəd Ş.S.Piriyev müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə dairə üzrə əksər seçki məntəqələrində bülletenlər sayılmadan seçki prosesinə başlanılmış, müşahidəçilərə maneçilik törədilmiş, seçki kabinələrinə eyni zamanda bir neçə şəxs daxil olmuş, seçicilərin sayı süni şəkildə şişirdilmiş, səslərin sayılması zamanı elektrik təchizatı kəsilmiş və topa bülletenlər atılmış, daşınan qutu ilə bağlı qaydalar kobud şəkildə pozulmuş və digər qanun pozuntularına yol verilmişdir. O, müraciətinə bir ədəd elektron məlumat daşıyıcısı və 36 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair bir ədəd protokol əlavə etmişdir.

Qeyd olunanlarla əlaqədar Ş.S.Piriyev 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, ona araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmişdir.

Dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini sərbəst ifadə etməsinə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd Ş.S.Piriyevin müraciəti əsassız olduğu üçün təmin edilməməlidir.

Müraciətin hərtərəfli araşdırılması məqsədilə qeydə alınmış namizədin təqdim etdiyi 36 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair bir ədəd protokol, bir ədəd elektron məlumat daşıyıcısında olan məlumatlar, seçki dairəsinin seçki məntəqələri üzrə seçkilərin nəticələrinə dair rəsmi protokol məlumatları, qeydə alınmış lider olmayan digər namizədlərdən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlar, səsvermə günü sosial şəbəkələrdə yayımlanan məlumatlar, həmin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər seçki sənədləri ətraflı tədqiq edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü göstərilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları maraqlı seçki subyektlərinə verilmişdir.

Bununla da dairə seçki komissiyası düzgün nəticəyə gəlsə də araşdırma zamanı 36 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair rəsmi protokoldakı məlumatların şikayətçinin təqdim etdiyi protokol nüsxəsi ilə müqayisədə fərqli olduğu aşkarlanmışdır ki, bu da bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntu kimi qiymətləndirilməlidir. Göstərilən qanun pozuntusu seçki qanunvericiliyinin tələblərinə görə seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 36 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab ediləməli olan seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir. Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 1, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 78-dir.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Beləliklə, aparılan araşdırma ilə müəyyən edilmişdir ki, 36 saylı seçki məntəqəsi istisna olmaqla, 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin digər seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinin pozulması halları təsdiqini tapmamışdır.

Səsvermə günü 36 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntularının baş verməsi təsdiqini tapdığına görə şikayətin qismən təmin olunması, həmin seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Piriyev Şaiq Sədi oğlunun 21 fevral 2020-ci il tarixli 350 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 36 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 37/119 saylı qərarı 36 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.02.2020

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video