16:45 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük ehtiramla yad edilir
ANA SƏHİFƏ / SİYASƏT
23:59 20.01.2021

 

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF), İğdır Azərbaycan Evi Dərnəyi və Ülkü Ocaqlarının yerli bölməsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-cü ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

TADDF-ın sədr müavini, tanınmış publisist Sərdar Ünsal, Ülkü Ocaqlarının yerli bölməsinin Mutluhan Kaşkar və başqaları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının rəhbərliyinin qanunsuz qərarı ilə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətin səbəb, məqsəd və nəticələrindən danışıblar.

Çıxışlarda diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələri bir xalqın taleyində faciəli səhifə olsa da, bu, bir qəhrəmanlıq, igidlik və qorxmazlıq dastanıdır. İyirmi Yanvar hadisələrinin qəhrəmanları Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük ehtiramla yad olunur.

Türkiyənin aparıcı siyasi partiyalarının yerli şöbələrinin rəhbərləri, şəhər hakimiyyətinin, eləcə də nazirliklərin təmsilçiləri, İğdır ictimaiyyətinin tanınmış nümayəndələri, bölgədə fəaliyyət göstərən dərnək başqanları mərasimdə iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM