12:01 03 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:44 03.03.2021

Könül şəhri yarı


00:43 03.03.2021

26 fevralda dünyaya gəldi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

20 Yanvar faciəsi Peru mətbuatında
 
ANA SƏHİFƏ / SİYASƏT
18:00 20.01.2021

 

Perunun böyük oxucu kütləsinə malik “La Razon” və “Prensa21” xəbər portallarında “20 Yanvar faciəsi - müstəqilliyin yüksək qiyməti” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yazılarda tarixdə mülki əhaliyə qarşı törədilmiş ən amansız qətliamlardan olan 20 Yanvar faciəsi zamanı keçmiş sovet respublikaları arasında ilk dəfə müstəqillik hərəkatı başlatmış Azərbaycanda bu hərəkatı yatırtmaq və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına münasibətdə sovet rəhbərliyinin ədalətsiz mövqeyinə etiraz edən Azərbaycan xalqının iradəsini sındırmaq üçün M.Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun paytaxt Bakıya yeridildiyi bildirilir. Qəddar sovet maşınının bu müdaxiləsi zamanı qadın və uşaqlar da daxil olmaqla 147 dinc etirazçının amansızcasına qətlə yetirildiyi, 700-dən çox insanın yaralandığı qeyd olunur.

Eyni zamanda, digər respublikalara da xəbərdarlıq məqsədi daşıyan bu əməliyyatın faciəvi nəticələrinə baxmayaraq, 20 Yanvar gününün Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildiyi, bu qanlı müdaxilənin xalqımızın iradəsini sarsıda bilmədiyi, Azərbaycanın 1991-ci ildə nəhayət öz müstəqilliyini elan etdiyi və Ermənistanın növbəti 30 ilə yaxın dövr ərzindəki hərbi təcavüzünə, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə və 1 milyona yaxın soydaşımızı məcburi köçkünə çevirməsinə baxmayaraq, ölkəmizin regionun hərtərəfli liderinə çevrildiyi qeyd edilir.

Sonda 20 Yanvar faciəsi qurbanlarının builki anım mərasiminin Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonrakı ilk mərasim olduğu, ölkəsinin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş və adını ölkə tarixinə öz qanı ilə həkk etmiş soydaşlarımızın övladlarının 31 il sonra sələflərinin qəhrəmanlığını təkrar edərək Vətəninin ərazi bütövlüyünün bərpası uğrunda həyatını qurban verdiyi, bu səbəbdən də Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı deyilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM