05:05 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.01.2021

Azadlıqdan dirçəlişə


01:16 27.01.2021

Ədəbi məclislər


01:15 27.01.2021

Şuşa qəza məktəbi


01:13 27.01.2021

BİLDİRİŞ


01:11 27.01.2021

BİLDİRİŞ


01:10 27.01.2021

BİLDİRİŞ


01:10 27.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

1000-dən çox tibb işçisinə növbəti hədiyyə balans
ANA SƏHİFƏ / ELANLAR
03:12 25.12.2020


"Azercell” koronavirusla savaşan tibb işçilərinə rabitə dəstəyini davam etdirir


Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə sosial məsuliyyət tədbirlərini davam etdirir.

Şirkət COVID-19-la savaşın ön cəbhəsində olan 1000-dən artıq həkim və tibb işçisinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə 50 AZN hədiyyə balans yükləyib. Həkimlərin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.

Qeyd edək ki, bu, "Azercell Telekom” MMC-nin COVID-19 pandemiyası ilə mübarizədə ilk dəstək layihəsi deyil. Şirkət həyatını riskə ataraq fədakarlıqla öz vəzifə borcunu yerinə yetirən tibb işçilərinə müxtəlif aylarda hədiyyə balans yükləyərək rabitə dəstəyi göstərib. Bundan əlavə, şirkət infeksiyanın yayıldığı gündən etibarən həssas qrup kateqoriyadan olan insanları dəstəkləmək məqsədilə bir sıra mühüm sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM